"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

15:42 - 30 May 2026

"Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Vladislav Veremeyevlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mərkəz müdafiəçisi 2025-ci ilin yanvarından "Şamaxı"da çıxış edirdi. 29 yaşlı futbolçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Rafael Məhərrəmli və Arsen Ağcabəyovla yollarını ayırıb.


Xəbər xətti