"Real" Kurtuaya əvəzləyici tapdı

18:20 - 1 İyun 2026

"Real" Tibu Kurtuadan sonrakı dövr üçün qapıçı axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Reyms"də çıxış edən Even Jauendir. Bu barədə "CANAL+Foot" məlumat yayıb.

Madrid klubu yaxın vaxtlarda fransalı qolkiper üçün hərəkətə keçməyi planlaşdırır. Klubu Jauen üçün 25 milyon avro tələb edir.

20 yaşlı "əlcək sahibi" ilə İngiltərənin "Çelçi" və "Nyukasl" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Even Jauen 2023-cü ildə "Reyms"ə qoşulub. Fransa U-21 millisinin üzvü 2025/26 mövsümündə Liqa 2 təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda qapısında 25 qol görüb.

Xəbər xətti