“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Abdulla Seydəhmədovla yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı növbəti mövsümü də "Şamaxı"da keçirəcək.
29 yaşlı qolkiper 2023-cü ilin oktyabrından "Şamaxı"da oynayır.
Qeyd edək ki, Abdulla "Şamaxı"da yay fasiləsində müqavilə bağladığı ilk futbolçudur. Klub buna qədər Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov və Karim Rossi ilə yolları ayırıb.
saytlarin hazirlanmasi
