"Barselona"nın yarımmüdafiəçisi Fransa klubuna keçir

19:23 - 5 İyun 2026

"Monako" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Liqa 1 nəhəngi "Barselona"da çıxış edən Mark Kasadonun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Fransa klubu ispaniyalı dayaq yarımmüdafiəçisi üçün 23 milyon avro təzminat ödəyəcək. La Liqa nəhəngi 22 yaşlı futbolçunun növbəti satışından 20 faiz gəlir əldə edəcək.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspaniya millisinin sabiq üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti