“Xəzər Lənkəran”ın sabiq futbolçusu PSJ-nin baş məşqçisi ilə bir arada - FOTO

16:22 - 7 İyun 2026

PSJ ilə ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olan Luis Enrike istirahətini Barselonada keçirir.

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis vaxtı ilə “Barselona”da birlikdə çalışdığı və baş məşqçisi olduğu sabiq futbolçularla da görüşüb.

Həmin görüşdə olanlardan biri də “Xəzər Lənkəran”ın sabiq futbolçusu Edu Oriol olub. Oriol vaxtı ilə “Barselona” B komandasında(2008-2011) oynayıb və həmin vaxtı Kataloniya təmsilçisinə məhz Luis Enrike rəhbərlik edib. “Xəzər Lənkəran”ın keçmiş futbolçusu həm Enrike ilə, həm də kollektivlə fotosunu sosial şəbəkə hesabında paylaşaraq: “mən həmişə şanslı insan idim və indi də beləyəm”.

Xatırladaq ki, Edu Oriol “Reus”, “Barselona”B, “Saraqosa”, AEL(Limassol), “Blekpul”, “Rapid”(Buxarest), “Tenerife”, “İbiza”,  “Xerez” klublarında oynayıb və 3 il öncə karyerasını yekunlaşdırıb.

Mirbağırağa
 


Xəbər xətti