"Atletiko"nun hücumçusu Xulian Alvares yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Real" rəhbərliyi forvardın oyununu yüksək qiymətləndirir. Bu barədə "Sky Sports"un jurnalisti Patrik Berger məlumat yayıb.
"Kral klubu" artıq potensial transferlə bağlı qarşı tərəfə sorğular göndərib.
Bununla belə, "Atletiko"nun təxminən 150 milyon avro ödənilməyəcəyi təqdirdə 26 yaşlı futbolçu ilə yollarını ayırmaq istəmədiyi vurğulanır.
Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayından "Atletiko"da çıxış edir. Argentina millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
