ABŞ millisinin müdafiəçisindən dünya çempionatları tarixində rekord

13:10 - 13 İyun 2026

​Amerika Birləşmiş Ştatlarının milli komandası dünya çempionatının ilk turunun oyununda Paraqvay yığmasına 4:1 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, Maurisio Poçettinonun komandasının mərkəz müdafiəçisi Kris Riçards bu qarşılaşmada komandada yoldaşlarına 83 ötürmə edib. ​Bu ötürmələrin hər biri dəqiq ünvanına çatıb.

​Bu, statistikanın aparılmağa başladığı 1966-cı ildən bəri dünya çempionatları tarixində bir oyunda 70-dən çox ötürmə edib 100 fiaz dəqiqlik göstərən futbolçunun qeydə alındığı ilk belə haldır.

Qeyd edək ki, ​ABŞ milli komandası növbəti matçını Avstraliya yığmasına qarşı keçirəcək.

Xəbər xətti