ABŞ yığması doğma meydanda keçirilən dünya çempionatına inamlı start verərək, Paraqvay seçməsini darmadağın edib (4:1).
Sportal.az xəbər verir ki, bu qələbə ABŞ millisinin 1930-cu ildən bəri dünya çempionatlarında qazandığı ən böyükhesablı qələbə olub və mundiallar tarixindəki ən böyük uğurunun təkrarıdır.
Buna qədər amerikalılar mundial oyunlarında yalnız iki dəfə üç top fərqi ilə qalib gəlmişdilər. ABŞ 1930-cu ildə Belçikanı (3:0) və Paraqvayı (3:0) məğlub edib.
Həmin vaxtdan bəri ABŞ dünya çempionatlarında on dəfə çıxış etsə də, iki topdan artıq fərqlə qələbə qazana bilməyib.
Qeyd edək ki, ABŞ milli komandası növbəti matçını iyunun 19-da Avstraliyaya qarşı keçirəcək. Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin son oyununda isə iyunun 26-da Türkiyə seçməsi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
