"Sabah" daha bir legionerini komandada saxlayacaq.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycan çempionu Orfe Mbina ilə yola davam edəcək.
"Maribor"dan icarəyə götürülmüş futbolçunun transfer hüququna sahib çıxmaq üçün danışıqlara başlayıb. Mərkəz hücumçusu özü də "Sabah"da qalmağa müsbət yanaşıb.
O, qışda Sloveniya nəhəngindən gəlmişdi. Həmin vaxtı tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Sabah" icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaqdı. "Sabah" da məhz bu hüququndan istifadə edəcək.
Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.
saytlarin hazirlanmasi
