"Çelsi"nin hücumusu Liam Delap Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Everton" ingiltərəli futbolçunu transfer etməl istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Everton" 23 yaşlı forvard üçün London klubuna 30 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Çelsi" Liam Delapı 2025-ci ilin yayında "İpsviç Taun"dan 35 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
