"Qalatasaray" portuqaliyalının transferini rəsmən açıqladı

16:28 - 30 Avqust 2026

"Qalatasaray" ulduz futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, "cim-bom" "Milan"ın portuqaliyalı vingeri Rafael Leao ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Leao “Qalatasaray”da mövsümə 10 milyon avro maaş alacaq. “Sarı-qırmızılılar” futbolçunun transferi üçün A Seriyası klubuna 38 milyon avro ödəyəcək.

“Milan” həmçinin Rafael Leaonun növbəti satışından əldə ediləcək mənfəətin 20 faizini alacaq. Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”ın formasını geyinirdi.

Xəbər xətti