"Neftçi" yeni transferə hazırlaşır - "Hayduk"da oynamış futbolçu paytaxta gələ bilər

12:38 - 31 Avqust 2026

“Neftçi” heyətini gücləndirmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın bu dəfəki transferi Şotlandiyadan gələ bilər.

Bakılılar “Dandi Yunayted”in futbolçusu Viçko Şeveldir. 25 yaşlı yarımmüdafiəçinin Şotlandiya klubu ilə müqavilə müddəti 2027-ci il mayın 31-nə qədərdir. Onun “Neftçi”yə keçidi an məsələsidir.

Tərəflər arasında yekun razılıq olarsa, xorvat dayaq yarımmüdafiəçisi mövsümün davamını “Neftçi”də keçirəcək.

Xorvatiyanın U-20 və U-21 yığma komandasının sabiq üzvü karyerası ərzində “Hayduk” (Split), “Sarayevo”, “Akron”, “Radomlye” klublaırnın formasını geyinib.
 

Xəbər xətti