"Liverpul" 35 milyon avroya qapıçı transfer edir

17:05 - 31 Avqust 2026

İngiltərənin "Liverpul" klubu heyətini yeni qapıçı ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi Lukka Bruqmansın transferi üçün "Genk"lə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Liverpul" belçikalı qolkiper üçün onun klubuna 35 milyon avro təzminat ödəyəcək. 18 yaşlı "əlcək sahibi" 2027-ci ilin yayında Mersisayd klubunun düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Lukka Bruqmans 2022-ci ilin yayında "Genk"in akademiyasına qoşulub. Belçika U-19 millisinin üzvü 2024-cü ildə "mavi-ağlar"ın əsas komandasına cəlb olunub.

Xəbər xətti