İngiltərənin "Liverpul" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi PSJ-dən Bredli Barkolanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Liverpul" Brakola üçün Paris klubuna 125+20 milyon avro təzminat ödəyəcək. 23 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, PSJ Bredli Barkolanı 2023-cü ilin yayında "Lion"dan 45 milyon avroya transfer etmişdi. Fransa millisinin üzvü bu müddət ərzində Liqa 1 nəhənginin heyətində meydana çıxdığı 152 rəsmi matçda 39 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
