Kaxaber Tsxadadze ilə yollarını ayıran "Qəbələ"nin baş məşqçi postuna namizədləri bəllidir.
Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Elmar Baxşıyevi geri qaytara bilər.
Rəhbərlik hazırkı durumda komandanı məhz sabiq çalışdırıcısına tapşırmaq niyyətindədir.
Yaxın günlərdə Baxşıyevin təyinatının baş tutub-tutmayacağı dəqiqləşəcək.
46 yaşlı mütəxəssis 2020-2024-cü illərdə "Qəbələ"də işləyib.
saytlarin hazirlanmasi
