Mahir Emrelinin baş məşqçisi istefaya göndərildi

19:30 - 31 Avqust 2026

Mahir Emrelinin formasını geyindiyi "Rakuv" baş məşqçi David Kroçeklə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Ekstraklasa klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, David Kroçek bu ilin 4 may tarixində "Rakuv"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Çestoxova təmsilçisi Polşaa çempionatında keçirdiyi 4 oyunun hamısında uduzub.

Xəbər xətti