Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
“Turan Tovuz” Yevlaxda “İmişli”nin qonağı olub və rəqibinə uduzub.
Turun son matçında isə “Zirə” səfərdə “Kəpəz”lə üz-üzə gəlib. Matç bərabərliklə başa çatıb.
Misli Premyer Liqası
VIII tur
18 oktyabr (bazar)
"İmişli" - "Turan Tovuz" 1:0
Qol: Rollo 25
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə
Yevlax şəhər stadionu, 15:00
“Kəpəz” - “Zirə” 1:1
Qollar: Benito 57 - Volkov 90
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
Gəncə şəhər stadionu
