Məhz Foqts fəxri qonaq qismində püşkatma zamanı “Barselona”nı təmsilçimiz “Araz”a rəqib edib. Foqtsun futzalla ciddi tanışlığı da ölkəmizə gəlişindən sonraya təsadüf edir. Bu barədə mütəxəssis öz fikirlərini UEFA-nın rəsmi saytına bildirib:
“Futbolçu olduğumuz zaman biz də bəzən futzal oynayardıq. Ancaq bu idman növü Almaniyada çox da məşhur deyil. Ancaq Azərbaycan millisində baş məşqçi işləyəndən, yerli yığma və klubların futzal uğurları ilə maraqlanmağa başladım. Deyə bilərəm ki, Azərbaycan futzalı yerli futbolu bir neçə addım qabaqlayır”
“Özüm də parketdə oynamışam, ancaq buna rəğmən, futzal oyununu canlı izləməmişəm. Bunu futbolla müqayisə etmək, düz olmazdı. Fəlsəfə fərqlidir. Top, yanaşma tərzi və qapıların ölçüsü də fərqlidir”
“Əminəm ki, yerli azarkeşlər həqiqətən də bayram ovqatı yarada biləcəklər. Bu mərhələ avropalı futzal həvəskarlarına nəinki, maraqlı yarış, həmçinin, azərbaycanlı azarkeşlərin komandasına ruh verə bildiyi məqamlarla yadda qalacaq"