Alfred Sanko və Cahangir Həsənzadə "İnter"lə oyuna hazırdır
Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan fasilə müddətində “Xəzər Lənkəran” hazırlıq planının ikinci mərhələsinə start verir.
Sportal.az xəbər verir ki, ”Xəzər Lənkəran” ilk mərhələdə bir həftəlik toplanışı AZAL klubu ilə keçirilən yoxlama matçı ilə yekunlaşdırmışdı ki, bir gün verilən istirahətdən sonra komanda yenidən bir araya gəlib.
Yenidən paytaxtda toplaşacaq komanda artıq bu gündən 12-ci turun hazırlığına başlayacaq. Saat 15:30-da “Dalğa Arena”da məşqə çıxan komanda “İnter”lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək. Bu arada zədəli futbolçuların müalicəsi xüsusi prosedur üzrə davam etdirilir. Adrian Skarlatake və Ağabala Ramazanovun qarşıdakı matçı buraxacağı dəqiq olsa da, Alfred Sanko və Cahangir Həsənzadə “İnter” matçında komandasına kömək edə biləcək.
saytlarin hazirlanmasi