Yığmamızın rəqibinin heyəti açıqlandı

17:30 - 14 Noyabr 2014

Xorvatiya millisinin heyəti müəyyənləşdi

 

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının İtaliya ilə oyun üçün yekun heyəti açıqlanıb.

 

Sportal.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Niko Kovaç qarşıdakı oyun üçün 25 futbolçuya dəvət göndərib.

 

Qapıçılar: Daniel Subaşiç ("Monako"), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

 

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Donetsk), Vedran Corluka ("Lokomotiv", Moskva), Deyan Lovren ("Liverpul"), Şime Vrsaljko ("Sassuolo"), Hrvoye Miliç ("Rostov"), Tin Jedvay ("Bayer", Leverkuzen), Marin Leovaç ("Rijeka"), Domaqoy Vida ("Dinamo", Kiyev)

 

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), İvan Rakitiç, Alen Haliloviç (hər ikisi "Barselona"), Daniel Pranjiç ("Panatinaykos), İvan Perisiç ("Volfsburq"), Mateo Kovaçiç ("İnter"), Milan Badelj ("Fiorentina"), Marselo Brozoviç, Domaqoy Antoliç (hər ikisi "Dinamo", Zaqreb)

 

Hücumçular: İvisa Oliç ("Volfsburq"), Mario Mandzukiç ("Atletiko", Madrid), Duje Çop ("Dinamo"), Andrey Kramariç, Anas Şarbini (hər ikisi "Rijeka")

Xəbər xətti