"Azərbaycan millisinin futbolçularını tanımıram"

18:20 - 14 Noyabr 2014

"Azərbaycanı məğlub etməliyik"

 

"Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizlə qarşılaşacaq Norveç yığmasının futbolçusu Aleksandr Sederlund bu oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan millisinin oyunçularını tanımadığını bildirib:

 

"Azərbaycan millisinin futbolçularını tanımıram. Sadəcə onu bilirəm ki, onlardan bəziləri Türkiyə klublarında və "Qarabağ"da çıxış edir. Ancaq onların heç biri mənə tanış deyil. İstənilən halda Azərbaycanı məğlub etməliyik".

 

Qeyd edək ki, noyabrın 16-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti