Futbolçunu London təmsilçisi də istəyir
Almaniya millisinin və "Borussia Dortmund”un ulduz futbolçusu Marko Roys bir sıra aparıcı klubların maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, İngiltərə nəhəngi "Çelsi” də futbolçunu heyətinə qatmaq niyyətindədir. London təmsilçisinin baş məşqçisi Joze Mourinyo almaniyalı futbolçunun qışda komandaya cəlb olunmasını istəyir.
Qeyd edək ki, Roys uğrunda "Real”, "Barselona”, "Mançester Yunayted” və "Yuventus” kimi klublar da mübarizə aparır.