Afrika kubokuna ev sahibliyi edəcək ölkə müəyyənləşdi

23:35 - 14 Noyabr 2014

Ekvatorial Qvineyada turnirə ev sahibliyi edəcək

 

Afrika kubokuna ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

 

Sportal.az Afrika Futbol Konfederasiyasının saytına istinadən xəbər verir ki, 17 yanvar - 8 fevral tarixlərində keçiriləcək turnir Ekvatorial Qvineyada keçiriləcək.

 
Qeyd edək ki, daha öncə turnirin Mərakeşdə keçirilməsi planlaşdırılmışdı. Ölkə Ebola virusuna görə turnirə ev sahibliyi etməkdən imtina edib.

Xəbər xətti