Ölkəmizdə daha bir ilk
Ölkəmizdə ilk dəfə olaraq, İspaniyanın "Barselona" klubunun düşərgəsi Bakıda fəaliyyətə başlayacaq.
Sportal.az qol.az saytına istinadən xəbər verir ki, düşərgə "İnter" klubunun nəzdində, "İnter Arena"da (Şəfa stadionu) açılacaq. Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaş arasında istənilən uşaq "Barselona"nın düşərgəsində iştirak edə biləcək.
Düşərgənin açılış mərasimi və mətbuat konfransı noyabrın 17-i, saat 15:00-da "İnter Arena"da keçiriləcək. Tədbirdə Barselona Futbol Klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Sergi Pi və Andreu Cerarols, həmçinin, "İnter"in vitse-prezidenti Müzəffər Novruzəliyev iştirak edəcək.
Qeyd etmək lazımdır ki, UEFA lisenziyalı bu məşqçilərin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi vardır. Konfransda qonaqlar Azərbaycanda "Barselona"nın düşərgəsi haqda danışıb, jurnalistlərin suallarını cavablandıracaq və bu layihə haqda ətraflı məlumat verəcəklər.
saytlarin hazirlanmasi