Dik Advokat milli komandadan ayrıldı

13:15 - 16 Noyabr 2014

Təcrübəli mütəxəssis Serbiyada uğursuz çıxış etdi

 

Serbiya millisinin baş məşqçisi Dik Advokat istefa verib.

Sportal.az xəbər verir ki, buna səbəb Serbiyanın “AvrO-2016”nın seçmə mərhələsində doğma meydanda Danimarkaya 1:3 hesablı məğlubiyyəti olub.Serbiya Futbol Federasiyası millini müvəqqəti olaraq Radovan Çurciçə tapşırıb.

Dik Advokatınla Serbiya millisi seçmə mərhələdə 3 oyundan sonra cəmi bir xal qazanıb.

Qeyd edək ki, 67 yaşlı mütəxəssis daha əvvəl Hollandiya, Rusiya, Belçika və Cənubi Koreya millilərini çalışdırıb.

Xəbər xətti