"Onların yaxşı futbolçuları var"
Norveç yığmasının yarımmüdafiəçisi Per-Silyan Şelbred AÇ-2016-nın seçmə mərhələsində Azərbaycana qarşı oyunla bağlı öz fikirlərini açıqlayıb.
Sportal.az futbolçunun açıqlamasını diqqətinizə çatdırır:
"Mən əvvəl də burada olmuşam. "Rusenborq"la birgə "Qarabağ"a qarşı oynamışdıq və məğlub olmuşduq. Bilirəm ki, onların yaxşı futbolçuları var. Mən isə oyuna 99% hazıram. Estoniya ilə oyunda zədə aldım. Həmin vaxt çox ağrı hiss edirdim. İndi isə vəziyyətim çox yaxşıdı".
saytlarin hazirlanmasi