Komanda oyuna çıxmadan mərhələ adladı
Azərbaycan kubokunun 1/4 final mərhələsinin bir iştirakçısı artıq indidən məlumdur.
Sportal.az xəbər verir ki, bu, "Xəzər Lənkəran" klubudur.
Cənub təmsilçisi 1/8 finalda "Araz Naxçıvan" klubu ilə qarşılaşmalı idi. Lakin Naxçıvan klubu fəaliyyətini dayandırdığına görə "Xəzər Lənkəran" birbaşa olaraq 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/4 finalın digər iştirakçiları dekabrın 3-də keçiriləcək 7 oyundan sonra məlum olacaq.