Ramil Namazov C qrupunun oyunlarını idarə edəcək
FİFA referisi Ramil Namazov futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin C qrupunun oyunlarına təyinat alıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunlar noyabrın 19-dan - 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək.
Bu qrupda Qazaxıstan çempionu “Kayrat”la yanaşı Estoniyanın “Nikars”, Serbiyanın “Ekonomac” və Fransanın “Sportinq Paris” klubları mübarizə aparacaq.