Elit-raund start götürür
Bu gün futzal üzrə UEFA kubokunun elit-raunduna start veriləcək.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu olan "Araz" dördlər finalına vəsiqə uğrunda ilk matçını Slovakiyanın "Slov-Matik” klubuna qarşı keçirəcək.
B qrupunda mübarizə aparacaq komandamızın rəqibləri "Slov-Matik” (Slovakiya), "Xrudim” (Çexiya) və "Dina” (Rusiya) klubları olacaq. Bu qrupun oyunları Çexiyada keçiriləcək.
UEFA kuboku
I tur, B qrupu
18:30. “ARAZ” (AZƏRBAYCAN) – “SLOV-MATİK” (SLOVAKİYA) 3:4
Qollar: Fineo22, Rizvan Fərzəliyev, 23, Eduardo, 40 - Seydler,12, Drahovski, 35, Brunovski, 37, 39
Pardubitse. CEZ Arena
saytlarin hazirlanmasi