"Ebolaya qarşı 11" aksiyası
Dünyanın ulduz futbolçuları Ebola virusuna qarşı aksiya keçiriblər.
Sportal.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Ebolaya qarşı 11" adlı aksiyada Kriştiano Ronaldo, Qaret Beyl, Jerom Boatenq, Rafael Varan, Neymar, Xavi, Jerard Pike, Didye Droqba, Filipp Lam, Obi Mikel və Corc Deyvis iştirak ediblər. “Bavariya”nın baş məşqçisi Pep Qvardiola bu aksiyada çıxış edib.
Aksiya “Birlikdə Ebolaya qalib gələk!” şüarı altında baş tutub. Futbol ulduzları video müraciətlərində Ebola virusunun yaratdığı təhlükələrdən, xəstəliyə yoluxmamaq üçün ehtiyat tədbirlərdən danışıblar.
saytlarin hazirlanmasi