“Araz”ın növbəti rəqibindən inamlı qələbə

00:15 - 19 Noyabr 2014

Rusiya təmsilçisindən uğurlu start  
 
Futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilib.
 
Sportal.az xəbər verir ki, qitənin 16 ən güclü klubu “Dördlər finalı”na vəsiqə uğrunda B qrupunda ikinci qarşılaşma baş tutub. Çexiyada təşkil olunan turnirdə təmsilçimiz “Araz”ın rəqibləri - meydan sahibləri “Xrudim” Rusiyanın “Dina” klubu ilə üz-üzə gəlib. Bu oyunda rusiyalı futzalçılar 3:0 hesabı ilə qələbə qazanıblar. İlk görüşdə Slovakiyanın “Slov-Marik” klubuna 4:3  hesabı ilə uduzan “Araz” bu gün “Dina” ilə qarşılaşacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. 

Xəbər xətti