Komanda hazırlığını davam etdirir
Premyer Liqanın XII turunda səfərdə "İnter” klubu ilə qarşılşacaq "Xəzər Lənkəran” növbəti məşqini keçirib.
Sportal.az xəbər verir ki, komanda noyabrın 18-də saat 17:00-da "Dalğa Arena” stadionunda məşqə çıxıb. Alfred Sanko və Ağabala Ramazanov fərdi məşqlə kifayətləniblər. İsinmə hərəkətləri başlayan,ardıyca müxtəlif taktiki – toplu çalışmalarla davam edən hazırlıq prossesi saatyarım sürüb. Daha sonra komanda tam heyətdə otelə qayıdaraq oyunöncəsi son məşqə qədər qapanmış rejimə keçib.
Qeyd edək ki, noyabrın 18-də baş tutan məşqi klub prezidenti Mais Mənsimovun başçılığında klubun bütün idarə heyəti izləyib.
12cioyuncu.info
saytlarin hazirlanmasi