AFFA-dan örnək addım, azarkeşin problemi həll olundu VİDEO

11:35 - 19 Noyabr 2014

Azarkeşə hədiyyələr verildi

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə oyunda milli komandamıza dəstək olmaq məqsədi ilə bilet alaraq stadiona gələn Pərvin Quliyev adlı azarkeş texniki səbəblərdən dolayı problemlə üzləşmiş və oyunu ayaqüstə izləməyə məcbur olmuşdu. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Pərvin Quliyevin AFFA-nın rəsmi Facebook səhifəsinə müraciətindən sonra bu məsələ araşdırılmış və həqiqətən də texniki qüsurun mövcudluğu məlum olmuşdur. 

 

Azarkeşimizin üzləşdiyi problemi, onun milli komandanı hər zaman dəstəklədiyini və mövcud qüsuru nəzərə alaraq, AFFA tərəfindən Pərvin Quliyevə Azərbaycan - Norveç oyunu üçün 2 ədəd bilet və üzərində soyadı qeyd olunmuş milli komandanın forması təqdim edilib.

 

 

Xəbər xətti