"Xəzər Lənkəran"ın futbolçusu ata oldu, amma...

14:40 - 19 Noyabr 2014

Övladı oldu, hazırlıqları yarımçıq buraxmadı

 

“Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Fernando Qabriyel ata olub.

 

Sportal.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, Noyabrın 18-də axşam saatlarında futbolçumuza vətəni Braziliyadan bu barədə xəbər gəlib. 

 

Qeyd edək ki, Premyer Liqanın X turu çərçivəsində, 29-oktyabr tarixində baş tutmuş “Sumqayıt”la matçda rəqib qapısına qol vuran Fernando,  topu köynəyinin altına salmış və  bir növ  həmin qolu dünyaya gələcək övladına həsr etdiyini göstərmişdi. Gənc ata vaxt azlığına görə xanımına baş çəkməyi sonraya saxlayıb. O, hazırda komanda ilə birgə "İnter"lə matça hazırlaşır

Xəbər xətti