"Çelsi" "Borussiya"nın futbolçusu üçün 20 milyon funt-sterlinq və Şürleni təklif etdi

15:05 - 20 Noyabr 2014

Yarımmüdafiəçi "zadəganlar"ın hədəfində

 

"Borussiya"(Dortmund) klubunun yarımmüdafiəçisi Marko Roys "Çelsi"nin transfer hədəfinə çevrilib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir çox böyük klubların hədəfində olan Roys üçün "Çelsi" 20 milyon funt-sterlinqindən və almaniyalı hücumçusu Andre Şürledən imtina etməyə razıdı.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu "Borussiya" ilə olan müqaviləsini artırmaq fikrində deyil.

Xəbər xətti