AZAL-dan etiraz: "Bu, hakimlik adına ləkədir"

00:15 - 21 Noyabr 2014

Eldəniz Yusifov: “Matçdan sonra iradlarımızı protokola qeyd elədik"
 
 
“Biz hakimlik barədə rəsmi şəkildə etirazımızı bildirəcəyik”.
 
Sportal.az  xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.
 
Azərbaycan Premyer Liqasının XII turunda AZAL evdə “Qəbələ”ni qəbul edib. Görüş 3:3 hesabı ilə başa çatıb. “Təyyarəçilər” 6 qolun vurulduğu oyunun baş hakimi Ömər Paşayevin idarəçiliyindən narazı qalıb.
 
Klub rəsmisi bildirib ki, bununla bağlı AFFA-ya müraciət edəcəyik: “Matçdan sonra iradlarımızı protokola qeyd elədik. Bu, hakimlik adına qara ləkədi. Çox biabırçılıq oldu. İstəyirik ki, AFFA və digər qurumlar hakimin qərarlarına münasibət bildirsin. Həmçinin, onun cəzalanması gərəkdi. Öz mövqeyimizi rəsmi şəkildə AFFA-ya göndərəcəyik”. 
 
Mənbə: Apasport.az

Xəbər xətti