"Araz"ın son sınağı

14:40 - 21 Noyabr 2014

Elit-raundda son oyun

 

Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçiriləcək.

 

Sportal.az xəbər verir ki, Çexiyada təşkil olunan turnirdə təmsilçimiz “Araz” klubu III matçına çıxacaq.

 

Qrupda keçirdiyi hər iki görüşdə rəqiblərinə uduzmaqla növbəti mərhələ şanslarını itirən "Araz" bu dəfə Çexiyanın "Xrudim" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, "Araz" daha öncə Slovakiyanın "Slov-Marik" klubuna 3:4, Rusiyanın "Dina" komandasına isə 4:5 hesabı ilə uduzub.

Xəbər xətti