Avropa çempionatının keçiriləcəyi ölkələr məlum oldu

15:25 - 21 Noyabr 2014

U-17 və U-19 yığmaları

 

Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq U-17 (qızlar) və U-19 (qızlar) yığmaların oyunlarının keçiriləcəyi ölkələr məlum olub.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Belçika, Çexiya, Gürcüstan komandaları ilə eyni qrupda mübarizə aparacaq U-17-nin oyunları Belçikada keçiriləcək. Bu qrupun oyunları 29 sentyabr - 4 oktyabr tarixlərində təşkil olunacaq.

 

Belçika, Uels və Xorvatiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq U-19-un oyunları isə Uelsdə keçiriləcək. Qeyd edək ki, U-19-un oyunları 15-20 sentyabr tarixlərində təşkil olunacaq.

Xəbər xətti