Təmsilçimiz sonuncu qarşılaşmada böyükhesabla məğlub oldu
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, Çexiyada təşkil olunan turnirdə ölkəmizi təmsil edən “Araz” klubu qrupda sonuncu matçına çıxıb. Bundan əvvəl hər iki görüşdə rəqiblərinə uduzmaqla növbəti mərhələ şanslarını itirən "Araz" bu dəfə Çexiyanın "Xrudim" klubu qarşısında aciz qalıb. Özü də "Araz" rəqibinə biabırçı hesabla məğlub olub 0:6.
Qeyd edək ki, "Araz" daha öncə Slovakiyanın "Slov-Marik" klubuna 4:3, Rusiyanın "Dina" komandasına isə 5:4 hesabı ilə uduzub.
21 noyabr
"Araz" (Azərbaycan) - “Xrudim” (Çexiya) - 0:6
Qollar: Alvarito, 4, Resetar, 7, Slovaçek, 16, Mares, 25, Taverna, 33, Felipe Deyvisson, 38
saytlarin hazirlanmasi