"Traktor Sazi" məğlub oldu

12:00 - 22 Noyabr 2014

Komanda Tehran təmsilçisinə uduzub

 

İran çempionatında 15-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu səfərdə "Naft Tehran"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Təbriz klubu məğlubiyyətə baxmayaraq 15 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edir.

 

21 noyabr

İran çempionatı, 15-ci tur

 

15:30. "Naft Tehran" - "Traktor Sazi" - 2:1
Qollar:
Rezai, 43 (1:0), Bicay, 45 (1:1), Rezai, 56 (2:1)

Xəbər xətti