AZAL-ın qış hazırlıq planı müəyyənləşdi

12:55 - 2 Yanvar 2015

Təlim-məşq toplanışı

 

Bakının AZAL klubunun qış hazırlıq planı müəyyənləşib.

 

Sportal.az AzərTac-a istinadən xəbər verir ki, AZAL hazırlıq prosesinə yanvarın 6-da start verəcək. Komanda Bakıda yanvarın 25-dək təlim-məşq toplanışında olacaq. 


Bu müddətdə baş məşqçi Tərlan Əhmədov komandasını dörd yoxlama oyununda sınaqdan keçirəcək. Oyunlardan ikisi “Sumqayıt”a qarşı keçiriləcək. Bir oyun “Rəvan”la, bir görüş isə“Bakı” ilə olacaq.

Xəbər xətti