Hücumçu klubun maraq dairəsində
"Liverpul"un italiyalı hücumçusu Mario Balotelli karyerasını yenidən A Seriyasında davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə "Napoli" klubu yaxından maraqlanır.
Qeyd edək ki, "Liverpul"da işləri heç də yaxşı getməyən Balotellinin agenti "Napoli"nin prezidenti ilə dostluq əlaqsində olduğu üçün bu transferin baş tutacağına olan iddialar böyükdür. Balotelli bu mövsüm "Liverpul"un heyətində çıxdığı 16 matçda 2 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi