Müdafiəçi C seriasında
"Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi karyerasını Braziliyanın C seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, Futbolçu "Portuqeza" klubu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən 24 yaşlı müdafiəçi ilə mövsümün sonunadək bu klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, B.Bertuççi 2014-cü ilin oktyabrında "Neftçi" ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.