Baş məşqçidən açıqlama
U-19 milli komandamızın baş məşqçisi Nikolay Adam sabah Sankt-Peterburqda start götürəcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII beynəlxalq turnirin ilk turunda Yaponiyaya qarşı keçiriləcək oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, alman mütəxəssis komandasının heç bir rəqibdən çəkinmədiyini deyib:
“Yaponiya millisi turnirin son qalibidir. Onlar öz yaş qruplarında ən güclülərdən hesab olunurlar. Bununla belə, komandam heç bir rəqibdən çəkinmir. Meydana uğur qazanmaq üçün çıxacağıq və əlimizdən gələni də edəcəyik. Əgər sabah Yaponiyaya qalib gəlsək, sensasiya olacaq”. (futbolxeber.az)