"Azərbaycan millisi əla təsir bağışladı"

20:40 - 3 Yanvar 2015

Baş məşqçidən açıqlama

 

Yaponiya millisinin baş məşqçisi Atsuşi Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə millimizə 0:1 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qarşılaşma haqda bunları deyib:

 

“Bu turnirdə Azərbaycan millisi ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. "Azərbaycan millisi əla təsir bağışladı". Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”.

Xəbər xətti