"Borussiya" "Anderlext"in iki futbolçusuna 25 milyon avro təklif edib

10:50 - 4 Yanvar 2015

Hər iki futbolçu da klubun maraq dairəsində

 

Dortmund "Borussiya"sı "Anderlext"in yarımmüdafiəçiləri olan Dennis Prat və Yuri Tilemansı heyətinə qatmaq niyyətindədir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 20 yaşlı Prat üçün 10 milyon və 17 yaşlı Tilemans üçün isə 15 milyon avro təklif etməyə hazırdır.

 

Qeyd edək ki, Prat bu mövsüm çıxdığı 26 matçda 6 qol, Tilemans isə 25 matçda 1 qolla yadda qalıb.

Xəbər xətti