"Azərbaycan millisinə məğlubiyyət yaşla bağlı deyil"

19:40 - 4 Yanvar 2015

Baş məşqçidən açıqlama

 

“Turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunu bəhanə gətirə bilmərik. Meydana çıxmışıqsa, uduzmamalıyıq”.

Sportal.az xəbər verir ki, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə U-19 millimizlə oyundan sonra Rusiya-2 komandasının baş məşqçisi Mixail Qalaktionov deyib.

Rus məşqçi Azərbaycan yığmasının layiqli qələbə qazandığını bildirib: “Komandamın istəyindən, mübarizə əzmindən razıyam. Rəqibi də unutmaq olmaz. Azərbaycan millisi topu özündə çox yaxşı saxlayır. Fiziki cəhətdən də güclüdürlər. Rəqib bizdən 1 yaş böyük olsa da, bu, məğlubiyyət üçün səbəb deyil. Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik” (futbolxeber.az).

Xəbər xətti