16 yaşlı futbolçu La Liqada?
Norveç çempionatında çıxış edən "Stromsqodset"in şərəfini qoruyan 16 yaşlı yarımmüdafiəçi Martin Edeqor karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Edeqor bu barədə öz atası və agenti ilə razılığa gələrək "kral" klubunun təklifini qəbul etməyə hazırlaşır.
Qeyd edək ki, daha əvvəl 3 dəfə "Real"dan təklif alan Edeqor bu təklifi qəbul edərsə 16 nömrəli forma altında çıxış edəcək. Norveçli futbolçu ilə "Mançester Yunayted", "Bavariya", "Liverpul" və "Mançester Siti" klubları da yaxından maraqlanır.
saytlarin hazirlanmasi