"Rəvan" da təlim-məşq toplanışına başladı

12:00 - 7 Yanvar 2015

Hazırlıq yanvarın 14-nə kimi olacaq

 

Birinci divizionda mübarizə aparan "Rəvan” Futbol Klubu ikinci dövrənin hazırlıqlarına başlayıb. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda yanvarın 5-dən paytaxtda bir araya gələn komanda tibbi baxışdan keçib. Dünən isə məşqlərə start verilib. Təlim-məşq toplanışının yanvarın 14-dək davam edəcək ilk mərhələsi seleksiya xarakterli olacaq. Sonra hazırlıq prosesinin əsas mərhələsinə başlanılacaq.

 

Qeyd edək ki, I divizionda II dövrəyə fevralın 20-də start veriləcək. XVI turun ilk oyunu "Rəvan” və "Şuşa” komandaları arasında keçiriləcək.

Xəbər xətti