"Liverpul" Şaqiri üçün 10 milyon funt ödəyəcək

13:15 - 7 Yanvar 2015

İsveçrəli futbolçu Premyer Liqada

 

Son vaxtlar adı "İnter"lə hallanan "Bavariya"nın 23 yaşlı isveçrəli yarımmüdafiəçisi Xerdan Şaqiri karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Liverpul" Şaqiri üçün qarşı tərəfə 10 milyon funt-sterliq ödəyəcək.

 

Qeyd edək ki, Şaqiri bu mövsüm "Bavariya"nın heyətində çıxdığı 15 matçda 2 qol və 2 asistlə yadda qalıb.

Xəbər xətti